Nostradamusun korona öngörüsü: Nələr deyib? - Mətn

4 Aprel 2020 16:54

Mişel Nostradamusun "Les Propheties" kitabında koronavirusla əlaqədar olduğu bildirilən öngörüsü gündəmə gəlib.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, koronavirusu öncədən görən Nostradamus onu xüsusi işarələr vasitəsilə ifadə edib.

Nostradamusun verdiyi proqnoz kitabında aşağıdakı kimi qeyd edilib:

"Əkizlər ilində Şərqdən bir kraliça yüksələcək, gecə varlıqlarından vəbasını 7 təpəli diyara yayacaq, alacaqaranlıqlarında olan insanları toza çevirəcək".

Nostradumusun verdiyi proqnoz mütəxəssislər tərəfindən belə deşifrə edilib:

"Əkizlər ilində (20-20) Şərqdən (Çin) bir kraliça ("korona" - tac) yüksələcək, gecə varlıqlarından (yarasalar - bu virusun yarasalardan keçdiyi ehtimalı var) vəbasını (virusu) 7 təpəli diyara (İtaliya) yayacaq, alacaqaranlıqlarında (yaşlılar) olan insanları toza çevirəcək (ölüm)".

Qeyd edək ki, Nostradamus təxəllüsü ilə məşhur olan Mişel de Notrdam 1503-cü il dekabrın 14-də Fransanın Sen Remi vilayətində, xaçpərəstliyi (katolikliyi) qəbul etmiş yəhudi ailəsində anadan olub. Şöhrətini XVI əsrdə Avropada tüğyan edən Qara ölümün (taun epidemiyasının) həllində əldə etdiyi uğurlara görə qazanıb. 1566-cı ildə vəfat edib.

Milli.Az