Bakıda avtomobildən 1200 manatlıq telefon oğurlanıb

3 Aprel 2020 21:15

Bakı şəhər sakininin avtomobilindən 1200 manat dəyərində telefon oğurlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov küçəsində qeydə alınıb.

Naməlum şəxs səhər sakini A.D-ya məxsus "Azsamand" markalı avtomobildən 1200 manat dəyərində mobil telefonu oğurlayıb.

Faktla bağlı araşdırma aparılır, hazırda oğurluğu törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Milli.Az