Avtobus dayanacaq pavilyonları dezinfeksiya olunur - VİDEO

3 Aprel 2020 13:09

Şəhər nəqliyyat sistemində əks epidemik tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, bu çərçivədə gündəlik olaraq avtobus dayanacaq pavilyonları da dezinfeksiya olunur.

Dayanacaq məntəqəsindəki ödəmə terminalları da xüsusi dərman məhlulları ilə təmizlənir.

Avtobusların dezinfeksiyası da gündəlik olaraq davam etdirilir.

Milli.Az