Bir neçə zədəli futbolçu milliyə gələ bilmədi

19 Aprel 2010 15:31
Fanat.az-ın verdiyi xəbərə görə, "Qarabağ" klubunun futbolçusu Rəşad Sadiqov zədələndiyi üçün bu toplanışda iştirak etməyəcək. Əvəzində, "Neftçi"nin üzvü Ruslan Əmircanov millinin hazırlıq prosesinə dəvət olunub.

"Qarabağ" klubunun digər futbolçusu Vüqar Nadirov da zədəli olduğu üçün toplanışda iştirak edə bilməyəcək.

Bundan əlavə, "Muğan" klubunun futbolçusu Vüsal Hüseynov da eyni səbəbdən toplanışa qatılmayacaq.

/Fanat.az/