Virusdan da əzablı: bir milyard insanı acı tale gözləyir

4 Aprel 2020 16:24

ABŞ-ın Ratger Universitetinin alimləri hesab edirlər ki, bundan belə hər il təhlükəli isti hava 1,2 milyarddan çox insana əziyyət edəcək.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hesablamalara görə, havanın temperaturu sənayeyəqədərki dövrlə müqayisədə daha 1,5 dərəcə C artarsa, o zaman ekstremal isti hava və rütubət 500 milyondan çox əhalinin yaşadığı rayonlarda fəsadlara səbəb olacaq. Dərəcə daha iki pillə qalxarsa, o zaman zərbə altında 800 milyon insan qalacaq. Nəzərə alaq ki, hələ XIX əsrin sonunda havanın temperaturu qeyd olunan göstəricidən 1.2 dərəcə C artıb.

Amma indi alimlər qeyd edirlər ki, hazırki qlobal siyasətə uyğun olaraq bu əsrin sonunda Yer kürəsinin orta temperaturunun daha 3 dərəcə C artırılması senarisi reallaşdırılır, bu isə bir milyarddan çox insana təsir edəcək.  Bu göstərici indiyədək istidən ziyan görmüş insanların sayını 4 dəfə üstələyir.

Milli.Az