İşçilər üçün elektron icazə bu tarixdən etibarən alınacaq - Rəsmi

2 Aprel 2020 23:16

"Hüquqi, publik şəxslər, fəaliyyətinə icazə verilən qurumlar sabahdan etibarən əməkdaşları üçün elektron icazə almağa başlaya bilərlər".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov AzTV-də yayımlanan "Hədəf" verilişində deyib:

"Kim əməkdaşları üçün icazə alacaqsa, sabah - aprelin 3-ü saat 10:00-dan etibarən icaze.e-gov.az saytında arayışları əldə edə bilərlər.

Milli.Az