Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyyə olunur. Adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir.
Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin tibbi spirtlə bağlı əhaliyə tövsiyəsində bildirilir.
Qeyd olunur ki, satışda olan və dezinfeksiya məqsədilə istifadə edilən, tərkibində bir atomlu spirtlər qrupundan etil spirti olan məhlullarda müvafiq farmakopeya tələblərinə əsasən metil spirtinin - metanolun maksimum 200m kq/ml-ə qədər mövcud olması mümkündür. Metanolun daxilə qəbulu təhlükəlidir, belə ki, 5-10 ml ağır zəhərlənmə və korluq törətməyə, 30 ml isə ölümcül ola bilər.
Zəhərlənmə baş veribsə ntoksikasiya, ürək bulanması, qusma, şiddətli baş ağrısı, görmə qabiliyyətinin kəskin şəkildə pisləşməsi, korluq kimi simptomlarlar aşkar edilir.
Bu cür zəhərlənmə insanın vəziyyətinin pisləşməsi ilə - sianoz (dərinin və selikli qişaların göyərməsi), nəfəs darlığı, genişlənmiş göz bəbəkləri, konvulsiyalar və tənəffüs çatışmamazlığından ölümə səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq Mərkəz əhalini diqqətli və ehtiyatlı olmağa çağırır.
Milli.Az