Huawei-in dünya miqyasında bazar payı açıqlandı - HESABAT

5 Aprel 2020 20:55

Ötən ay Cənubi Koreya nəhəngi olan Samsung şirkətinin dünya üzrə bazar payı 30,81% olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda "Global Stats" analitik şirkətinin məlumatında deyilir.

Məlumata görə, Amerikaya məxsus Apple şirkətinin isə dünya miqyasında bazar payı 26,98% olaraq qeydə alınıb.

Daha sonra siyahıda 10,7% paya sahib olan Çinin texnologiya şirkəti Huawei gəlir. Növbəti pillələrdə 7,71%-lə Xiaomi 4,3%-lə isə Oppa qərarlaşıb.

Milli.Az