iPhone 9-un təqdimat tarixi sızdırıldı

5 Aprel 2020 19:50

İki ildən çoxdur ki, Apple-ın iPhone SE 2 və ya digər adı ilə iPhone 9-u satışa çıxaracağı gözlənilir. iPhone 9 mart ayında təqdim ediləcəkdi, lakin koronavirusa görə təqdimat təxirə salınıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, İPhone 9-un təqdimat tarixi 15 aprelə təyin olunub.

Əlbəttə ki, koronavirusun gedişi bu tarixin də dəyişməsinə səbəb ola bilər.  

Milli.Az