İtmiş dünya tapıldı

5 Dekabr 2011 20:03
Milli.Az xəbər portalı "Xinhua"ya istinadən bildirir ki, heyrətamiz tapıntı ispan bioloq Hordi Lopeslə Çin Elmlər Akademiyasının bir qrup aliminə məxsusdur.

Tibet platosunun şərqindəki bu ucqar bölgəyə yollanana alimlər Atılan Pələng Dərəsində araşdırmalar aparıblar.

"Sino-Tibet dağlarında hədsiz dərəcədə çox qədim bitkilər tapdıq. Onlar broeotropik floraya məxsusdur. Bu bitkilərin bəziləri planetdə Təbaşir, qinkqo biloba təkiləri isə hətta Yura Dövründə peyda olublar. Aşkarladığımız bitkilər əsl "itmiş dünya elçiləri"dir, - Hordi Lopes deyib.

Belə bitkilərdən ibarət meşə 15 milyon il əvvəl Şimal yarımkürəsini başdan-başa örtürdü.

Milli.Az