90 yaşında virusdan dünyasını dəyişdi - Etdiyi fədakarlıq ÜRƏK DAĞLADI

2 Aprel 2020 17:20

Belçikada 90 yaşlı Suzanne Hoylaerts koronavirus səbəbindən müalicə olunduğu xəstəxanda dünyasını dəyişib.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, qadının fədakarlığı eşidənləri məəttəl qoyur. Koronavirusdan vəfat edən qadının həkimlərə "Süni nəfəs aparatından istifadə etmək istəmirəm. Onu gənc xəstələr üçün saxlayın. Onsuz da, mən yaxşı həyat yaşamışam" dediyi bildirilir.

Qeyd edək ki, Belçikanın Leuven şəhərindəki Binkom qəsəbəsində yaşayan 90 yaşlı Suzanne Hoylaerts 20 martda koronavirus testinin pozitiv çıxmasından sonra xəstəxanaya çatdırılmışdı. Karantinə alınan yaşlı qadın 2 gün sonra dünyasını dəyişib.

Məhəmməd Vaqif
Milli.Az