AZAL bir daha vətəndaşları karantin zamanı evdə qalmağa çağırır - VİDEO

2 Aprel 2020 14:30

Azərbaycan pilotları və təyyarə bələdçiləri insanların diqqətini bir daha evdə qalmağın və hərəkəti mümkün dərəcədə məhdudlaşdırmağın zəruriliyinə yönəltdilər.

"Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) Milli.Az-a verilən məlumatda bildirilir ki, bu qaydalara riayət virusun sürətli yayılmasının qarşısının alınması üçün yeganə ən yaxşı vasitədir.

Milli.Az