"Barselona" Umtitinin qiymətini açıqladı

2 Aprel 2020 15:36

"Barselona" yollarını ayırmağa hazırlaşdığı futbolçusu Samuel Umtitiyə qiymət qoyub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 26 yaşlı müdafiəçini 50 milyon avrodan aşağı qiymətə satmağı planlaşdırmır.

Qeyd edək ki, Umtiti ilə "Mançester Yunayted", "Arsenal" və "Çelsi"nin maraqlandığı iddia olunur.

Milli.Az