"Valensiya" koronavirusdan qurtuldu

2 Aprel 2020 16:53

İspaniyanın "Valensiya" klubunda koronavirusa yoluxan 10 futbolçu və texniki heyətin 15 üzvünün durumu yaxşılaşıb.

Milli.Az "Marca"ya istinadən xəbər verir ki, 14 gün karantində qalan 25 şəxsin son COVID-19 testləri mənfi çıxıb.

Qeyd edək ki, 2 həftə öncə "yarasalar" komandanın 35 faizinin koronavirusa yoluxduğunu açıqlamışdı.

Milli.Az