Məşhur bəstəkar koronavirusdan öldü

2 Aprel 2020 10:06

Amerikanın məşhur bəstəkarı Adam Şlezinqer dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, COVİD -19 epidemiyasına yoluxan 52 yaşlı musiqiçi Nyu-Yorkda həyatını itirib.

Bu barədə "Variety" portalı məlumat yayıb. Bildirilib ki, son 1 həftədir vəziyyəti pisləşən Adam koronavirusu ən ağır formada keçirib.

Qeyd edək ki, Şlezinqer üç "Emmi" mükafatının sahibidir, eyni zamanda "Ən yaxşı yeni sənətçi" nominasiyasında "Qremmi" mükafatını alıb.

Milli.Az