Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib

1 Aprel 2020 16:39

Prezident İlham Əliyev Şamil Ayrımın "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Şamil Ayrım "Dostluq" ordeni ilə təltif edilib.

Milli.Az