ETSN-də yeni təyinat

1 Aprel 2020 15:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yeni yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəhbər təyinatı olub.

Milli.Az xəbər verir ki, nazirliyin mətbuat katibi İradə İbrahimova Trend-ə bildirib ki, Mirsalam Qənbərov Agentliyin idarə heyətinin sədri təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər o, Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi olub.

M.Qənbərov 2001-ci ildən​ Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır.

Milli.Az