Rəsmi Berlin Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i və onun nəticələrini tanımır

1 Aprel 2020 14:07

Almaniya Federal Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələri üzrə müvəkkili Mixael Zibert Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda keçirilən qondarma seçkilərlə bağlı bəyanat verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bəyanatda deyilir: "Biz dünən Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament seçkiləri"nin qanuni çərçivəsini tanımırıq. Həm seçkilər, həm də onların nəticələri qanunsuz sayılır".

Qeyd edək ki, martın 31-də Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində - Dağlıq Qarabağda qondarma rejim tərəfindən "prezident və parlament" seçkiləri keçirilib.

Milli.Az