Rusiyada bir sutkada 440 nəfər koronavirusa yoluxdu

1 Aprel 2020 18:18

Rusiyada son sutka ərzində 440 nəfər koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla da ölkədə yoluxanların sayı 2 777 nəfərə çatıb.

Bundan başqa, son 24 saat ərzində 7 nəfərin koronavirusdan vəfat edib.

Bu günədək Rusiyada 24 nəfər virusun qurbanı olub.

Ümumilikdə 190 nəfərin sağaldığı deyilir. 2 563 nəfərin müalicəsi davam edir.

Milli.Az