Kəbədə təvaf yenidən başladı - Bir şərtlə

1 Aprel 2020 16:54

Müsəlmanların müqəddəs qibləgahı olan Kəbədə təvaf yenidən başlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 50 nəfərlik qruplar şəklində təvaf və namaz ibadətlərinin icrasına icazə verilir.

Hərəmeyn İşlər İdarəsi Kəbəni 31 mart səhər saatlarından etibarən müsəlmanlara açıq elan edib.

Qeyd edək ki, dünyanı cənginə alan koronavirus pandemiyasına görə Kəbə dezinfeksiya tədbirləri çərçivəsində bir müddət bağlanmışdı.

Milli.Az