Ermənistanda koronavirusa yoluxanların sayı 600-ə çatır

1 Aprel 2020 12:25

Ermənistanda son sutka ərzində 39 nəfər koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, koronavirusa yoluxanların sayı 571 nəfərə çatıb. Hazırda 537 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, bu günədək ölkədə üç nəfər virusdan həyatını itirib.

Milli.Az