Emre Can cəzalandırıldı

1 Aprel 2020 16:16

UEFA "Borussiya Dortmund"un futbolçusu Emre Canı cəzalandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin PSG ilə Parisdəki cavab matçında qırmızı vərəqə alan Türkiyə əsilli almaniyalı yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.

26 yaşlı oyunçu sözügedən qarşılaşmanın 88-ci dəqiqəsində PSJ-nin hücumçusu Neymarı üzündən itələdiyi üçün meydandan qovulub.

Qeyd edək ki, "Borussiya Dortmund"akı ilk matçda (2:1) qələbə qazansa da, cavab görüşündə məğlub olaraq (0:2) ÇL-lə vidalaşıb.

Milli.Az