"İndi əhvalı yaxşı deyil, məşhur təbəssümü yoxa çıxıb"

1 Aprel 2020 13:20

Məşhur braziliyalı futbolçu Ronaldinyo hazırda Paraqvayda həbsxanadadır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,sənədləri saxtalaşdırmaqda ittiham olunaraq həbs edilən Ronaldinyoya Paraqvay yığmasının sabiq üzvü Nelson Kuevas baş çəkib.

O, Ronaldinyonun hazırkı durumunu belə xarakterizə edib: "Aydın məsələdir ki, indi onun əhvalı yaxşı deyil.

Onda əsasən nəyi müşahidə etdim? İlk növbədə məşhur təbəssümünün itməsini. O, həbsxanadadır. Bu isə onun öyrəşdiyi situasiya deyil. Orada heç bir lüks yoxdur".

Milli.Az