Bakıda gənc oğlan bıçaqlandı

1 Aprel 2020 09:51

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Əhmədov Orxan Xoşbəxt oğlu tanımadığı şəxslə mübahisə edib və bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Milli.Az