Burundidə koronavirusa ilk yoluxma halları qeydə alınıb

31 Mart 2020 23:33

Burundidə COVİD-19 virusuna ilk iki yoluxma halı aşkarlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə ölkənin səhiyyə naziri Tadde Ndikumanu deyib.

Bildirilir ki, yoluxan şəxslər Dubaydan səfərdən qayıdıblar.

Milli.Az