Fransada son bir gündə daha 499 nəfər koronavirusdan ölüb

31 Mart 2020 22:54

Fransada son 24 saatda koronavirusa yoluxmuş 499 nəfər vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ölkədə koronavirusdan ölənlərin sayı 3523-ə çatıb.

Son sutka ərzində 7578 yoluxma faktı qeydə alınıb ki, bununla da Fransada bu günədək koronavirusa yoluxanların ümumi sayı 52 128-ə çatıb.

Hazırda virusa yoluxmuş 5565 nəfərin vəziyyəti ağırdır.

Milli.Az