Cəlilabadda mənzildən külli miqdarda oğurluq edən şəxs saxlanılıb

31 Mart 2020 20:49

Bakı şəhər sakini oğurluq etdiyi üçün tutulub.

Milli.Az Trend-ə istinadən bildirir ki,  Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1.200.000 rubl (31.800 manat), 19.500 ABŞ dolları və 15.000 manat, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.İbayev saxlanılıb.

Milli.Az