Çində yanğın -19 ölü

31 Mart 2020 20:13

Çinin Sicuan vilayətinin Tsinçanq şəhəri ətrafında baş qaldıran yanğın 19 adamın ölümünə səbəb olub.

Rəsmilər yanğının bir fermada bazar ertəsi başladığını və güclü külək səbəbi ilə tezliklə ətrafa yayıldığını bildirib.

Ölənlərin biri bələdçi, 18-i isə yanğınsöndürəndir.

Yanğınla mübarizəyə 2 min yanğınsöndürən, fövqəladə hallar personalı, 140 yanğın mühərriki və digər avadanlıqlar cəlb edilib.

Yanğının şəhərdəki kimya obyektinə təhlükə törədəcəyinə dair qorxular mövcuddur.

Bölgədən 1200 sakin evakuasiya edilib.

Milli.Az