Qusarda ölümlə nəticələnən yol qəzası olub

31 Mart 2020 20:06

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, martın 30-da saat 18 radələrində rayonunun Aşağı Ləyər kəndi ərazisində şəhər sakini S.Orucəliyev idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Ümid Talıbov orada ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az