Rumıniya şirkəti Koronavirusla Mübarizə Fonduna ianə edib

31 Mart 2020 19:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda Koronavirus "COVİD 19" pandemiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən xarici şirkətlər də qoşulmaqdadır.

Rumıniyanın Uni-Recycling SRL şirkətinin sahibi cənab Cornel Varvara Prezident İlham Əliyev tərəfindən 19 mart 2020-ci il tarixli sərəncam ilə yaradılmış "Koronavirusla Mübarizəyə Dəstək Fondu"na 20 min avro məbləğində vəsait və külli miqdarda xəstələrin müayinəsi ve həkimlərin qorunması üçün lazımi tibb avadanlıqları göndərməklə ölkə rəhbərinin çağırışına qoşulmuşdur.

Eyni zamanda cənab Cornel Varvara rumın iş adamlarına çağırış edərək Azərbaycan və bütün dünyada tüğyan edən koronavirus infeksiyasına qarşı birgə mübarizədə səyləri birləşdirməyin vacibliyini bildirib.

Qeyd edək ki, 2005-ci ildən yaradılan şirkət dünyanın bir sıra ölkələrində neft və neft-kimya məhsullarından çirklənmiş ərazilərin təmizlənməsi, ekoloji və ətraf mühitin mühafizəsi sahəsində bir çox layihələri həyata keçirməkdədir.