İnfeksion xəstəliklər xəstəxanasının baş həkimi koronavirusa yoluxub - Rusiyada

31 Mart 2020 17:51

Moskvanın Kommunarka qəsəbəsində yerləşən infeksion xəstəliklər xəstəxanasının baş həkimi koronavirusa yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Kommunarkadakı xəstəxananın baş həkimi Denis Protsenkonun COVID-19 virusuna yoluxduğu bildirilib.

Qeyd edək ki, baş həkim Denis Protsenko martın 24-də Prezident Vladimir Putin həmin xəstəxanaya gələrkən onu müşayiət edib.

Milli.Az