Litvada koronavirusa yoluxanların sayı 484 nəfərə çatıb

31 Mart 2020 14:22

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 47 nəfər artaraq 484-ə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 9 min 891 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində 1467 nəfərdən 47-nin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 7 ölüm hadisəsi qeydə alınıb.

Milli.Az