Bakıda 18 metrlik avtobuslar xəttə buraxıldı - FOTO

31 Mart 2020 12:26

Bakıda fəaliyyət göstərən ekspres marşrut xətlərinə yeni avtobuslar buraxılıb.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, yeni avtobuslar M3 Ekspress xətti ("Koroğlu"m/s-"28 May" m/s) üzrə fəaliyyətə başlayıb.

Marşrut üzrə daşımalar 18 metrlik avtobuslarla həyata keçirilir.

Milli.Az