Bakıda qadın paltarı geyinmiş kişi oğurluq etmək istəyərkən kameralara düşdü

31 Mart 2020 10:44

Bakıda qadın paltarı geyinmiş kişi oğurluq etmək istəyərkən kameralara düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi 4-cü Dağlıq küçəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən Esmira Məmmədovaya məxsus mağazadan oğurluğa cəhd olub.  

Oğurluq etmək istəyən şəxs əvvəlcə mağazanın içərisinə fənərlə baxış keçirib. Daha sonra o mağazanın qapısını kustar üsulla hazırladığı xüsusi açarla açmaq istəyib.
Satıcının içəridə yatdığını görən şəxs dərhal hadisə yerindən qaçıb. Bütün bunlar mağazanın təhlükəsizlik kameralarına düşüb.

Görüntülərə baxarkən məlum olub ki, həmin şəxs kişi olsa da, qadın geyimində olub. Onun çiynində də qadın çantası asılıb.

Hadisə barədə polisə məlumat verilib.

Milli.Az