71 yaşlı şahzadə koronavirusa qalib gəldi

31 Mart 2020 10:26

Koronavirusa yoluxan Uels şahzadəsi Çarlz artıq sağalıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə şahzadənin mətbuat katibi məlumat verib.

Özünü yaxşı hiss edən Çarlz artıq karantin rejimindən çıxıb.

Qeyd edək ki, 71 yaşlı şahzadə martın 23-də koronavirus testindən keçmişdi. Analizin cavabları müsbət çıxmışdı.

Milli.Az