“Air Canada” 15 mindən çox işçisini ixtisar edir - Koronavirusa görə

31 Mart 2020 08:32

Kanadanın "Air Canada" aviaşirkəti koronavirus pandemiyası ilə əlaqədar aviauçuşların azalması səbəbindən 15 mindən çox işçisini müvəqqəti ixtisar edəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat verib.

Xidmətin açıqlamasında bildirilir ki, aprelin 3-dən 1,3 işçi ödənişsiz məzuniyyətə göndəriləcək, 15,2 min işçisi isə "müvəqqəti ixtisara" məruz qalacaq.

Şirkətin icraçı direktoru Kalina Rovineskunun sözlərinə görə, yaranmış vəziyyətdə bu kimi tədbirlər görmək lazımdır. Rovinesku qeyd edib ki, ixtisar çox çətin qərar idi, lakin o, şirkətin böhranın öhdəsindən gələ bilməsi üçün zəruridir.

Milli.Az