Nazirlər Kabinetindən evdən çıxmasına məhdudiyyət qoyulan aşağı təminatlı vətəndaşlarla bağlı AÇIQLAMA

30 Mart 2020 21:35

"Günəmuzd işləyənlər, sosial təminatı aşağı olan insanlar qətiyyən narahat olmasınlar. Dövlət onları unutmur".

Milli.Az bildirir ki, bunu AZTV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, sosial müdafiə paketi müzakirənin son mərhələsindədir.

"Müzakirə olunacaq, elan olunacaq və bu kateqoriyaya aid olan insanlar dövlətin himayəsindədirlər".

Milli.Az