Pərviz Abdullayev "Survivor"da rəqibi ilə kəllə-kəlləyə gəldi

30 Mart 2020 17:57

Azərbaycanlı idmançı Pərviz Abdullayev "Survivor 2020" yarışmasında rəqibi ilə dalaşıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, "TV8" kanalında yayımlanan yarışma proqramında idmançı Pərviz Abdullayev Burak adlı iştirakçı ilə kəllə-kəlləyə gəlib.  "Survivor 2020"nin növbəti buraxılışının anonsunda həmin kadrlar təqdim olunub.  Qum üzərində mini basketbol oyununda iki iştirakçı toqquşub. Daha sonra onlar bir-birinə etiraz edib.  Bu gün növbəti buraxılışda "Məşhurlar" və "Könüllülər" arasında baş tutan gərgin mübarizənin şahidi olacaqsınız.

Milli.Az