Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təsdiq edildi

30 Mart 2020 13:24

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanuna dəyişiklik edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, qanunun 2.2-ci maddəsində "7 il" sözləri "8 il" sözləri ilə əvəz edilməsi təklif edilir.

Belə ki, tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 7 il deyil, 8 il sonra qüvvəyə minəcək.

Məcəllənin həmin maddəsində deyilir: Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.

Şəhərsalma və Tikinti Məcəlləsi 29 iyun 2012-ci ildə təsdiqlənib.

Milli.Az