Koronavirus boşanmaları artırdı - Çində

30 Mart 2020 16:12

Çində koronavirusa görə boşanmaların sayı kəskin artıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Çinin mərkəzində yerləşən Daçjou şəhərində karantindən dərhal sonra boşanmaq üçün 300 cütlük müraciət edib. Bu durumun digər şəhərlərdə də müşahidə edildiyi bildirilib.

Qəzet qeyd edib ki, boşanmaların artmasına səbəb tərəflərin karantin zamanı bir-biriylə çox vaxt keçirməsidir.

Milli.Az