Koronavirusla mübarizədə həyatını itirən həkimlərə xüsusi status verilməlidir - TƏKLİF

30 Mart 2020 11:51

Koronavirusla mübarizədə həyatını itirən həkimlərə xüsusi status verilməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu deputat Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən plenar iclasında deyib.

M.İbrahimqızı bildirib ki, həkimlər koronavirusla mübarizədə böyük fədakarlıq göstərir və öz sağlamlıqlarını təhlükə altına atırlar:

"Çox sevindirici haldır ki, hələ indiyə qədər hər hansı bir həkim bu virusdan dünyasını dəyişməyib. Ancaq belə hal baş verərsə, həmin həkimlərə xüsusi status verilməlidir".

Milli.Az