Hamını evdə qalmağa çağırdı, özü isə... - FOTO

30 Mart 2020 14:18

"Aston Villa"nın futbolçusu Cek Qriliş xoşagəlməz hərəkətlə yadda qalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, martın 28-i sosial şəbəkə vasitəsi ilə insanları evdə qalmağa çağıran 24 yaşlı yarımmüdafiəçi karantin qaydalarını pozub. Ancaq o, müraciətdən bir neçə saat sonra sabiq komanda yoldaşı Makkormakla birgə ziyafətə gedib. Daha sonra isə 90 min avro dəyərində avtomobili ilə bir neçə maşını əzib.

Hadisə şahidləri onun gülünc vəziyyətdə və sərxoş olduğunu bildiriblər.

Milli.Az