Kənanın yeni serialı bu tarixdə yayımlanacaq

30 Mart 2020 13:06

Türkiyəli aktyor Kənan İmirzalıoğlunun baş rolunu canlandırdığı yeni "Alef" serialının yayım tarixi bəlli olub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, iki dedektivin hekayəsindən bəhs edən ekran işi aprelin 10-da "Blu Tv"də yayımlanacaq.

Qeyd edək ki, serialda Kənanla yanaşı Ahmet Mümtaz Taylan və Melisa Sözen və başqaları çəkilib.

Milli.Az