Əyyub Quliyev bu gün Polşada çıxış edəcək
19 Aprel 2010 14:21
Dirijorun ailəsindən Milli.Az xəbər portalına bildirilib ki, konsert aprelin 10-u Rusiyanın Smolensk şəhərində faciəvi şəkildə təyyarə qəzasında həlak olmuş Polşa dövlət və ictimai xadimlərinin xatirəsinə həsr olunacaq.
Xəbərdə bildirilir ki, Gdansk şəhərinin "Müqəddəs Triniti" kilsəsində keçiriləcək konsertdə Əyyub Quliyev Polşa Kamera Flarmonik Orkestri ilə polyak bəstəkarı A.Tansmanın "Freskobaldinin mövzusu əsasında variasiyaları", B.Brittenin "Simple symphony" və ilk dəfə olaraq Polşada səsləndiriləcək dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Nizami" simfoniyasını ifa edəcək. Öyrəndik ki, Əyyub Quliyev həmin orkestrlə çıxış edən ilk azərbaycanlı dirijordur.
Xədicə
Milli.Az