Məzarlıqda HƏYƏCAN: Səs eşidib tabutu açdılar... - FOTO

30 Mart 2020 20:10

Türkiyənin Adıyaman vilayətindəki məzarlıqdan gələn qadın səsi sakinlərdə təşviş yaradıb.

Milli.Az xəbər verir ki, sakinlər dərhal hadisə barədə polisə məlumat veriblər. Əraziyə cəlb edilən asayiş keşikçiləri, məzarlıqda axtarışlar aparıb. Onlar tabutların içinə baxış keçirib. Axtarış zamanı polislərin əllərində silah olması diqqət çəkib. Polis məzarlıqda şübhəli mənzərə ilə qarşılaşmayıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir. (publika.az)

Milli.Az