Heydər Əliyev Beynəlxalq Aeroportu koronavirusa görə tədbirlərini genişləndirir

30 Mart 2020 10:30

Heydər Əliyev Beynəlxalq Aeroportunun işçi heyəti koronavirus (COVİD-19) pandemiyasının sürətlə yayıldığını nəzərə alaraq, gözləmə zallarındakı oturacaqlarda sosial məsafənin saxlanması ilə bağlı elanlar yerləşdirib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Milli.Az-a verilən məlumata görə, hava limanı sərnişinlərdən bu məsafəni qorumağı, özünü və ətrafdakıları təhlükəyə atmamağı xahiş edir.

Milli.Az