Dünyada 634 mindən çox insan koronavirusa yoluxub

30 Mart 2020 01:30

Martın 29-da Cenevrə vaxtı ilə saat 10:00-da bütün dünyada 634,835 yeni koronavirus ilə yoluxma və 29 957 ölüm hadisəsi qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) öz gündəlik bülletenində bildirib.

Statistikaya görə, sutka ərzində yoluxanların sayı 63 mindən çox nəfər, ölənlərin sayı isə 3 464 nəfər artıb. Ən çox xəstələnən və ölüm halları Avropa bölgəsində qeydə alınıb - müvafiq olaraq 361 031 və 21 493 hal.

Şimali və Cənubi Amerikada ümumilikdə 120,798 nəfər koronavirusa yoluxub, 1.973 nəfər ölüb. Xəstələnməyə görə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit Okean bölgəsi tutur. Martın 29-na olan vəziyyətə görə, orada 102 803 xəstələnən və 3 626 ölüm hadisəsi qeydə alınıb.

Bildirilib ki, ən çox yoluxma faktı ABŞ-da qeydə alınıb - 103 321 fakt. Ardınca yoluxma halları İtaliyada (92 472), Çində (82 356), İspaniyada (72 248) və Almaniyada (52 547) qeydə alınıb.a

Milli.Az