Türkiyədə koronavirusa yoluxan polislərin sayı açıqlandı

29 Mart 2020 23:45

Türkiyədə 20-dək polis koronavirusa yoluxub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib. Onun sözlərinə görə, indiyədək virusa yoluxan polis əməkdaşlarından sağalanlar da var.

Qeyd edək ki, Türkiyədə Covid-19-dan 131 nəfər ölüb, 9 min 217 nəfər isə virus daşıyıcısıdır.

Milli.Az