Türkiyədə koronavirusdan daha 23 nəfər öldü

29 Mart 2020 20:35

Türkiyədə son 24 saat ərzində 23 nəfər koronavirusdan dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca son məlumatları açıqlayarkən bildirib. Bununla da Türkiyədə Covid-19-dan ölənlərin sayı 131 nəfərə çatıb. 1815 nəfərdə isə yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə xəstələrin sayı 9 min 217 nəfər olub. 65 min 446 nəfərdə isə test aparılıb.

Ölkədə koronavirusdan 105 nəfər sağalıb.

Milli.Az