NBA təmsilçisinin sahibi koronavirusa yoluxdu

29 Mart 2020 19:39

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən New York Neeks-in sahibi Ceyms Dolan koronavirusa yoluxub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Dolan hazırda karantinə alınıb. Lakin demək olar ki, onda xəstəliyin əlamətləri yoxdur. O, klubun iş fəaliyyətinə nəzarət etməyə davam edir.

Qeyd edək ki, NY Neeks 4.6 milyard dollar dəyərinə görə Forbes tərəfindən ən bahalı NBA klubu hesab olunur.

Milli.Az